Bakıda yol qəzası: böyük tıxac yarandı

Bakıda yol qəzası:   böyük tıxac yarandı

"20 Yanvar metrostansiyası" yaxınlığında yol qəzası baş verib

 

Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

 

AYNA "Report"a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu "20 Yanvar metrostansiyası" yaxınlığında qeydə alınıb.

 

Belə ki, "90-JM-358" dövlət nişanlı 18 saylı sərnişin avtobusu "90-AN-286" dövlət nömrə nişanlı "Lifan" markalı maşınla toqquşub. Hadisə nəticəsində heç kim xəsarət almasa da, hər iki avtomobilə ziyan dəyib.

 

Qəza ilə əlaqədar yolda böyük tıxac yaranıb.

Müəllif: Ayna.az      17 Oktyabr 2019 22:02
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin