Cavuşoğlu: “Şərtlərimiz qəbul olunacağı halda atəşkəs elan ediləcək”

Cavuşoğlu: “Şərtlərimiz qəbul olunacağı halda atəşkəs elan ediləcək”

Türkiyənin xarici işlər naziri: "Oktyabrln 22-də Soçidə Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında bu məsələ danışılacaq"

 

“Suriya ərazisində “Barış bulağı” hərəkatı 120 saatlıq müvəqqəti olaraq  dayandırılacaq, terroristlər tamamilə ərazidən çəkilərsə, o zaman  Fəratın şərqində tamamilə atəşkəs olacaq və və halda mövcud  sanksiyalar da aradan qaldırlacaq”.

 

AYNA APA-ya istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu fikirləri ABŞ-dan gələn heyətlə görüşdən sonra tərəflərin verdiyi qərarları açıqlayarkən bildirib.

 

Nazir bildirib ki, Suriya ərazisində təhlükəsiz bölgə yaradılması ilə bağlı ABŞ-la razılaşma əldə olunub, amma 440 kilometr ərazidə bu bölgənin qurulması üçün oktyabrln 22-də Soçidə Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında bu məsələ danışılacaq: “Əsas məqsəd Fəratın qərbindən İraq sərhədinədək olan ərazidə  heç bir terroristin qalmamasıdır və biz bu məqsədimizə nail oacağıq. Bu bölgədən ABŞ hərbçiləri çəkiləcək və şərtlərimiz daxilində terrorçular bütün silah, sursatlarını ərazidə qoyub getməlidir. Bu halda biz atəşkəs elan edəcəyik”.

 

Müəllif: Ayna.az      17 Oktyabr 2019 22:26
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin