Əsas səhifə Haqqımızda Xəbər lenti

Ayıların hücumuna məruz qalan adam möcüzə nəticəsində sağ qalıb

Ayıların hücumuna məruz qalan adam möcüzə nəticəsində sağ qalıb

Ov itləri izə düşüb və nəticədə mağarada ölümcül vəziyyətdə olan bir nəfər tapıb

 

Rusiyanın Tuva əyalətində dəhşətli hadisə baş verib. AYNA rus mətbuatına istinadən xəbər verir ki, ayıların hücumuna məruz qalan şəxs, 1 aydan sonra ov itləri tərəfindən ölümcül vəziyyətdə mağarada tapılıb.

 

Belə ki, ov etmək üçün meşəyə gedən şəxslər yanındakı ov itləri bir izə düşüblər. Nəticədə onlar mağarada ölümcül vəziyyətdə olan bir nəfər tapıblar.

 

Üz-gözü yaralı olan adamın yaşayıb-yaşamadığını çətinliklə müəyyənləşdiriblər. Adının Aleksandr olduğu deyilən şəxsi ovçular xəstəxanaya aparıblar.

Məlum olub ki, yaralanan şəxs ayıların hücumuna məruz qalıb və onurğa sümüyü sınıb. Həkimlər onun sağ qalmasının möcüzə olduğunu deyiblər.

 

Renimasiya şöbəsində müalicə olunan Aleksandr artıq qollarını hərəkət etdirə bilir. Lakin uzun müddət hərəkətsiz qaldığı üçün bədənində müxtəlif yaralar və çürümələr meydana çıxıb.

27 İyun 2019 00:58
bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin