ABŞ və Türkiyə razılığa gəldi - Atəşkəs elan ediləcək

ABŞ və Türkiyə razılığa gəldi -       Atəşkəs elan ediləcək

Mayk Pens: "ABŞ YPG-nin bölgədən çəkilməsini təmin edəcək”

 

ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra açıqlama verib.

 

AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ və Türkiyə Suriyada atəşkəslə bağlı razılığa gəlib. “ "Sülh Çeşməsi” hərəkatına 120 saatlıq fasilə veriləcək. ABŞ YPG-nin bölgədən çəkilməsini təmin edəcək”, - deyə Pensin açıqlamasında bildirilir.

 

O əlavə edib ki, Türkiyə və ABŞ Suriyanın şimal-şərqində İŞİD-in tamamilə yox edilməsi barədə də ortaq fikrə gəlib.

Müəllif: Ayna.az      17 Oktyabr 2019 21:22
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin