Dövlət başçısı çoxmənzilli binalarla bağlı yeni qərar verdi

Dövlət başçısı çoxmənzilli binalarla bağlı yeni qərar verdi

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 fevral tarixli 927 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 fevral tarixli 927 nömrəli Sərəncamına Əlavə - “Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş çoxmənzilli binaların şəhər və rayonlar üzrə bölgüsünə dair siyahı”nın 2-ci hissəsində “Binaların sayı, ədəd” və “Sayı ədəd” sütunlarında “35” rəqəmləri “40” rəqəmləri ilə, “İstismara yararsız liftlərin sayı, ədəd” sütununda “75” rəqəmləri “83” rəqəmləri ilə əvəz edilsin.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.

Müəllif: Ayna.az      17 Oktyabr 2019 17:26
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin