Yaxın zamanda kadr islahatları dərinləşəcək

Yaxın zamanda kadr islahatları dərinləşəcək

Anlaşılan odur ki, keçmiş nomenklatur qaydaları ilə çalışmaqda davam edən məmurları yeniləri ilə əvəz etmək zərurəti var

 

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də iqtisadi müşavirə keçirdi. Bu, Prezidentin nazirlərlə keçirdiyi ikinci mobil toplantı idi. Prezident əvvəlki toplantılarda Nazirlər Kabinetinin tam heyəti ilə müşavirələr keçirərdi. İkinci toplantıdır ki, ancaq mövzulara aid olan sahələrin rəhbərləri toplantıya dəvət edilir. Prezidentin budəfəki toplantıda verdiyi mesajlar da diqqəti çəkirdi.

 

Birincisi, Prezident ilk dəfə Baş Nazir postunda Norvuz Məmmədovu niyə Əli Əsədovla əvəz etməsinə aydınlıq gətirdi. Prezidentin sözlərinə görə, Əli Əsədov islahatları sürətləndirməlidir, o, dövlət başçısının tapşırıqlarını yerinə yetirməli, yeni ideyalar hazırlayıb reallaşdırmalıdır. Əli Əsədovun əsas vəzifələrindən biri də Azərbaycanın xarici borcunu azaltmaq və daxili resurslar hesabına böyük layihələri reallaşdırmaqdır.

 

Prezident həm də ondan narazıdır ki, bir sıra nazirlik və komitələr büdcələrini gərəksiz yerə şişirdir. Bunun arxasında korrupsiya elementlərinin olduğuna Prezident açıq işarə etdi. Prezidentin çıxışından o da bəlli oldu ki, islahatların artan sürəti maaş və pensiyaların növbəti artırmına şərait yaratmalıdır.