“Türkiyəsiz NATO ideyası ağlasığmazdır”

“Türkiyəsiz NATO ideyası ağlasığmazdır”

Mark Rutte: “Bu, bizim Şərqlə olan münasibətlərimizə kölgə sala bilər”

 

Niderlandın Baş Naziri Mark Rutte, “Türkiyə olmadan NATO daha da güclənəcək” iddiasına münasibət bildirib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Rutte bu iddianın ağlasığmaz olduğunu ifadə edib.

 

“Bu, bizim Şərqlə olan münasibətlərimizə kölgə sala bilər. Türkiyə NATO-nun ən güclü üzvlərindən biridir. NATO-nun geosiyasi və strateji baxımdan Türkiyəyə ehtiyacı var”, - Mark Rutte vurğulayıb.

 

Niderland hökumətinin başçısı onu da əlavə edib ki, bu istiqamətdə təhlükə yaradacaq ehtimalları minimuma endirmək üçün ciddi tədbirlər görülməlidir.

Müəllif: Ayna.az      17 Oktyabr 2019 15:04
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin