Hollivudun ən nüfuzlu simaları

Hollivudun ən nüfuzlu simaları

“The Walt Disney” kompaniyasının direktoru Robert Ayqer Hollivudun ən nüfuzlu şəxsi seçilib 

 

"The Hollywood Reporter” nəşri əyləncə sahəsində Hollivudun ən nüfuzlu şəxslərinin illik reytinqini dərc edib.  

 

AYNA-nın "Qafqazinfo"ya istinadən məlumatına görə, birinci yeri “The Walt Disney” kompaniyasının direktoru Robert Ayqer tutub. Qeyd edilir ki, “Disney” studiyasının filmləri bu il kompaniyaya səkkiz milyard dollar pul gətirib.

 

İkinci yerdə “Neftlix”in baş direktoru Rid Hastinqs və baş kontent-direktoru Ted Sarandos, üçüncü yerdə isə “NBCUniversal”ın idarəçiləri Brayn Roberts və Stiv Burke qərarlaşıblar.

 

Reytinqdə ilk dəfə ABŞ-ın keçmiş prezidenti Barak Obama və onun həyat yoldaşı Mişel də yer alıb. Onlar bu ilin yayında “Neftlix” üçün Oqayo ştatının sənayesi haqda sənədli film təqdim edib. Cütlük siyahıda 50-ci yeri tutub.

 

Siyahıya, həmçinin, “Marvel”in başçısı Kevin Fayqi, teleaparıcı Opra Uinfri, ssenarist Şonda Rayms, aktrisa və prodüser Riz Uizerspun, rejissor Stiven Spilberq, media-maqnat Rupert Merdok, aktyorlar Dueyn Conson, Bred Pitt, Uill Smit və Leonardo DiKaprio daxil edilib.

 

Müəllif: Ayna.az      17 Oktyabr 2019 02:40
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin