Suriya ordusu Kobani şəhərinə daxil olub

Suriya ordusu Kobani şəhərinə daxil olub

Suriya ordusu Türkiyə Silahlı Qüvvələrinin qarşısını almaq məqsədilə hərəkətə keçib 

 

Suriya ordusu Türkiyə ilə sərhədə, əvvəllər kürdlərin nəzarətində olan Əl-Ərəb (Kobani) şəhərinə girib.

 

AYNA-nın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.

 

Hökumət qüvvələri Türkiyə Silahlı Qüvvələrinin irəliləməsinin qarşısını almaq məqsədilə şimal sərhədi boyunca ərazilərə girdiklərini bəyan ediblər. 

 

Onların hazırda Rakka əyalətini və Hələbin şimalındakı bir sıra yaşayış məntəqələrini nəzarətə götürdüyü bildirilir.

 

Müəllif: Ayna.az      17 Oktyabr 2019 04:17
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin