Tramp: "PKK İŞİD-dən təhlükəlidir"

Tramp: "PKK İŞİD-dən təhlükəlidir"

Donald Tramp: "Mən Türkiyə və Suriya arasında müharibəyə qarışmağa hazırlaşmıram"

 

"PKK terror təşkilatı İŞİD-dən təhlükəlidir"

 

AYNA "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib. 

 

"Bir çox münasibətlərdə PKK ehtimal ki, İŞİD-dən daha pisdir, terrorizm və terror təhlükəsi nöqteyi-nəzərindən daha pisdir", - deyə Tramp italiyalı həmkarı Serjo Matarello ilə Vaşinqtonda keçirdiyi birgə mətbuat konfransında bildirib.

 

"Mən Türkiyə və Suriya arasında müharibəyə qarışmağa hazırlaşmıram, xüsusilə əgər siz kürdlərə baxsanız, onlar mələk deyillər. PKK-ya baxın, İŞİD PKK-ya hörmət edir. Bilirsiniz niyə? Çünki onlar İŞİD qədər sərtdirlər. Heç kim bu haqda danışmaq istəmir, amma biz kürdlərdən mələk düzəldirik", - Ağ Evin başçısı əlavə edib.

 

Amerika liderinin sözlərinə görə, ABŞ administrasiyası " YPG/PKK-ya "külli miqdarda pul" ayırıb.

 

Müəllif: Ayna.az      17 Oktyabr 2019 00:33
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin