İstanbulda ailələrə pulsuz süd paylanır

İstanbulda ailələrə pulsuz süd paylanır

Beynəlxalq Qida günü ilə əlaqədar “Xalq Süd” layihəsinə start verilib

 

İstanbul Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu 16 oktyabr Beynəlxalq Qida günü ilə əlaqədar “Xalq Süd” layihəsinə start verib. Belə ki, 120 nəfər işçinin, 60 yük maşınının cəlb olunduğu layihə, İstanbulun 39 qəsəbəsini əhatə edəcək, 76 mindən çox ailə, o cümlədən 92 mindən çox uşağa xidmət göstərəcək, ayda 750 min litr süd paylanılacaq.

AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, layihənin ilk günü Əkrəm İmamoğlu ailələrin pulsuz südlə təminatı kampaniyasına şəxsən qatılıb, özü yük maşınını idarə edib. O, çıxışı zamanı vurğulayıb ki, aztəmintlı ailələrə dəstək, onların sosial rifahının yaxşılaşdırılması üçün işlər davam edir: “Layihəyə gəlincə, belə ailələrin 3-6 yaş arası uşaqlarına ayda 8 litr olmaqla pulsuz süd veriləcək”.

Müəllif: Ayna.az      16 Oktyabr 2019 19:40
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin