Leyla Əliyeva film təqdimatında - FOTOLAR

Leyla Əliyeva film təqdimatında -     FOTOLAR

Andrey Dementiyevin xatirəsinə həsr edilmiş film təqdim olunub

 

Bu gün Nizami Kino Mərkəzində Rusiyanın görkəmli şairi, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Andrey Dementiyevin xatirəsinə həsr edilmiş “Həyat bir, sevgi bir” adlı sənədli filmin təqdimatı olub.

 

AYNA xəbər verir ki, təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

 

Filmin təqdimatından əvvəl tanınmış jurnalist, ssenarist və rejissor Oleq Şommer çıxış edərək şairin həyat və yaradıcılığından söz açıb. 

 

Heydər Əliyev Fondu ilə birgə əməkdaşlıq çərçivəsində yeni sənədli filmlərin çəkiləcəyini deyən rejissor ekran əsərlərinin hər birinin ayrı-ayrılıqda təqdimatlarının keçiriləcəyini qeyd edib. O.Şommer deyib ki, böyük şairlərin yaradıcılığına Azərbaycanda hər zaman diqqət yetirilir.

 

Sonra qonaqlar filmə baxıblar.




 
Müəllif: Ayna.az      15 Oktyabr 2019 22:42
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin