Bakıda Dubay yolçusunun əməlinin üstü açılıb

Bakıda Dubay yolçusunun əməlinin üstü açılıb

Pakistan vətəndaşı mobil telefonları bəyan etmədən keçirmək istəyib

 

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə AYNA-ya Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

 

Dubay-Bakı aviareysi ilə gələn Pakistan vətəndaşı "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və "Qırmızı kanal"a yönləndirilib.

 

Vətəndaşa məxsus çamadan rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri görünüb və təkrar baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunub.

 

Bu zaman əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, şifahi, elektron və yazılı formada bəyan edilməyən 10 ədəd "Samsung Galaxy Note 10" markalı mobil telefon və 2 ədəd qulaqlıq aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      15 Oktyabr 2019 10:49
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin