"Qəbələ"yə yeni məşqçi təyin olundu

"Qəbələ"yə yeni məşqçi təyin olundu

Azər Bağırov mövsümün sonunadək komandada çalışacaq

 

“Qəbələ” klubunun əsas komandasının məşqçilər korpusunda dəyişiklik baş verib.

 

AYNA-nın məlumatına görə, əyalət təmsilçisində yeni məşqçi təyinatı rəsmiləşib. Azər Bağırov mövsümün sonunadək komandada çalışacaq. 

 

“Pro” kateqoriyasına malik olan 38 yaşlı mütəxəssis cari mövsümün əvvəlində I divizion təmsilçisi “Turan-Tovuz”un baş məşqçisi olub. 

 

Qeyd edək ki, Azər Bağırov məşqçi karyerasında “Qaradağ Lökbatan” və MOİK klublarına da rəhbərlik edib.

 

Müəllif: Ayna.az      15 Oktyabr 2019 01:51
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin