Əsas səhifə Haqqımızda Xəbər lenti

"Qəbələ"yə yeni məşqçi təyin olundu

"Qəbələ"yə yeni məşqçi təyin olundu

Azər Bağırov mövsümün sonunadək komandada çalışacaq

“Qəbələ” klubunun əsas komandasının məşqçilər korpusunda dəyişiklik baş verib.

Axeber.az-ın məlumatına görə, əyalət təmsilçisində yeni məşqçi təyinatı rəsmiləşib. Azər Bağırov mövsümün sonunadək komandada çalışacaq. 

“Pro” kateqoriyasına malik olan 38 yaşlı mütəxəssis cari mövsümün əvvəlində I divizion təmsilçisi “Turan-Tovuz”un baş məşqçisi olub. 

Qeyd edək ki, Azər Bağırov məşqçi karyerasında “Qaradağ Lökbatan” və MOİK klublarına da rəhbərlik edib.

Müəllif: Ayna.az      30 Noyabr -0001 00:00
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin