Dörd günlük iş rejiminə keçilib-keçilməyəcəyinə aydınlıq gətirildi

Dörd günlük iş rejiminə keçilib-keçilməyəcəyinə aydınlıq gətirildi

Nazir: “Bu, ölkənin məşğulluq və əmək bazarına ciddi təsir edə bilər”

 

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycanda 4 günlük iş həftəsinin tətbiqinin mümkün olub-olmaması ilə bağlı məsələyə aydınlq gətirib. AYNA xəbər verir ki, o, jurnalistlərin sualını cavablandırarkən deyib ki, sözügedən məsələ gündəmdə deyil.

 

“Qısaldılmış iş günləri kompleks məsələdir. Bu, ölkənin məşğulluq və əmək bazarına ciddi təsir edə bilər. Azərbaycanda əməkhaqqı aylıq əsasla müəyyən edilir. 4 günlük iş həftəsi müzakirə edilən ölkələrdə isə saatbaşı əsas götürülür”, - nazir bildirib.

 

“Bizdə iş gününün azaldılması əməkhaqqına təsir edə bilər. Bu, əməkhaqqından, əmək bazarından irəli gələrək, əmək resurslarının yaratdığı əlavə dəyərdən asılı olaraq müəyyən edilə bilər”, - Babayev vurğulayıb.

 

O, hazırda 4 günlük iş həftəsinin tətbiqinin gündəmdə olmadığını əlavə edib: “Amma gələcəkdə istənilən məsələ kimi bu da müzakirə oluna bilər”.

Müəllif: Ayna.az      14 Oktyabr 2019 12:21
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin