Bakıda mühüm görüş başlayıb

Bakıda mühüm görüş başlayıb

Görüş Türk Şurasının 7-ci sammitinə hazırlıq xarakteri daşıyır

 

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası başlayıb. AYNA xəbər verir ki, toplantıda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Qazaxıstanın Xarici İşlər naziri Muxtar Tleuberdi və Qırğızıstanın Xarici İşlər naziri Çingiz Aydarbekov iştirak edir.

 

Nazirlərin görüşü oktyabrın 15-də Bakıda keçiriləcək Türk Şurasının 7-ci sammitinə hazırlıq xarakteri daşıyır.

 

Qeyd edək ki, Zirvə görüşü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan sazişinin imzalanmasının 10 illiyinə həsr edilib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.

 

Bakıda Özbəkistanın təşkilata daxil olması, xüsusən də Budapeştdə Türk Şurasının Avropa ofisinin fəaliyyətinə dair qərarların qəbul edilməsi gözlənilir.

 

Sammit çərçivəsində TürkPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Ticarət və Sənaye Palatası kimi qurumların fəaliyyətlərinin əlaqələndirilməsini təmin edən Türk Şurasının Koordinasiya Komitəsinin yaradılması barədə də qərar qəbul ediləcək.

Müəllif: Ayna.az      14 Oktyabr 2019 11:35
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin