Gömrükdə iki şübhəli avtomobil saxlanılıb

Gömrükdə iki şübhəli avtomobil saxlanılıb

Hazırda hər iki faktla bağlı araşdırma aparılır

 

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 2960 ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıb. Bu barədə AYNA-ya Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

 

Belə ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşlarına məxsus "Mercedes-Benz E220" və "Mitsubishi Pajero İO" markalı avtomobillər saxlanılıb və sürücüləri şifahi sorğu-sual olunub.

 

Sorğu-sual zamanı hər iki vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük orqanına mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərindən "Parliament Aqua Blue", "Marlboro Filter Plus", "Parliament Super Slims" və "Marlboro Edge" markalı ümumilikdə 2960 ədəd siqaret aşkarlanıb.

 

Hazırda hər iki faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      14 Oktyabr 2019 11:09
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin