Polşada parlament seçkiləri keçirilir

Polşada parlament seçkiləri keçirilir

Polşada seçkilərdə 30 milyondan çox insan iştirak edəcək 

 

Polşada növbəti parlament seçkiləri ilə bağlı səsvermə başlayıb.

 

AYNA "Report"a istinadən xəbər verir ki, yerli vaxtla səhər saat 07:00-da açılan seçki məntəqələri axşam saat 21:00-da bağlanacaq.

 

Seçkilərdə səs verəcək 30 milyon 111 min polyak Seymin 460 deputatını - parlamentin aşağı palatasının nümayəndələrini və Yuxarı palatanın 100 senatorunu seçəcəklər.

 

Seymin deputatları proporsional qaydada 41 çoxmandatlı dairədən seçiləcək. Bunun üçün partiyalar 5 faizlik baryeri aşmalıdırlar. Senatın 100 üzvü isə birmandatlı dairələrdən seçiləcək.

 

Seymdə yerlər uğrunda 5112, senator vəzifələri uğrunda 278 namizəd mübarizə aparır.Bundan başqa, polyaklar seçki məntəqələrinin fəaliyyət göstərəcəyi başqa ölkələrdə də səs verə biləcəklər.

 

Müəllif: Ayna.az      13 Oktyabr 2019 10:12
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin