İtaliya AVRO-2020-nin final mərhələsinə yüksəldi

İtaliya AVRO-2020-nin final mərhələsinə yüksəldi

İspaniya ilk xal itkisi ilə üzləşib

 

AVRO-2020-nin seçmə mərhələsində VII tur başa çatıb.

 

AYNA-nın məlumatına görə, turun son günündə üç qrupda 8 qarşılaşma keçirilib.

 

D qrupunun lideri İrlandiya Gürcüstanda meydan sahiblərinin müqavimətini qıra bilməyib – 0:0. İsveçrəni bir qolla məğlub edən Danimarka liderə çatıb.

 

F qrupunun lideri İspaniya ilk xal itkisi ilə üzləşib. Norveçlə səfər heç-heçəsi pireneylilərin indidən AVRO-2020-nin final mərhələsinə yüksəlməsinə mane olub. İsveç Maltanı, Rumıniya Farer adalarını üstələyib.

 

J qrupunda İtaliya final mərhələsinə vəsiqəni təmin edib. Apenninlilər də bunu Yunanıstan üzərində qələbə ilə rəsmiləşdirib. Bosniya və Herseqovina Finlandiyaya darmadağınla qalib gəlib. Lixtenşteynlə Ermənistanın matçında isə heç-heçə qeydə alınıb.

 

Qeyd edək ki, VII turun digər oyunları oktyabrın 10-11-də baş tutub.

 

AVRO-2020-nin seçmə mərhələsi


VII tur
12 oktyabr

 

D qrupu
17:00. Gürcüstan – İrlandiya – 0:0
20:00. Danimarka – İsveçrə - 1:0
Poulsen, 84

Müəllif: Ayna.az      13 Oktyabr 2019 01:43
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin