Ölkə ərazisində faktiki hava

Ölkə ərazisində faktiki hava

ETSN faktiki hava ilə bağlı məlumat yayıb 

 

Ekologiya, Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin oktyabrın 12-də saat 21.00-a olan məlumatına əsasən, güclü küləkli qeyri-sabit hava şəraiti davam edir. 

 

Departamentdən AYNA-ya verilən məlumata görə, şimal-qərb küləyi Qum adasında, Tərtərdə 25 m/s, Neftcala, Ələtdə 24 m/s,  Neft Daşlarında 23 m/s,  Bakı, Naftalan, Nabranda 20m/s, Sumqayıtda 19 m/s, Ağstafada 18 m/s, Salyan, Şəkidə 16 m/-dək güclənib. 

 

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 4.8 metrə çatıb.

 

Bakı, Naxçıvan, Astara, Daşkəsən, Göygöl, Şamaxı, Mərəzə, Altıağac, Xaltan, Xınalıq, Quba, Qusar, Şahdağ, Sarıbaş, Kişçay,  Qırız, Ağdam, Tərtər, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Ağsu, Yevlaxda yağış yağıb. 

 

Sabah, okyabrın 13-də səhər saatlarından başlayaraq küləyin mülayimləşməsi, yağışın kəsməsi gözlənilir.

 

Müəllif: Ayna.az      12 Oktyabr 2019 23:51
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin