Üç avtobusun yolu dəyişdiriləcək

Üç avtobusun yolu dəyişdiriləcək

Bir sıra avtobusların hərəkət istiqamətində dəyişiklik ediləcək 

 

 Akademik Şəfaət Mehdiyev küçəsinin general A. Abbasov və Ə.Haqverdiyev küçələri arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək. 

 

 AYNA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.  Qeyd olunub ki,  6, 17 və 59 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcəkdir.

 

Oktyabrın 13-dən başlayacaq dəyişiklik yolda təmir işləri yekunlaşanadək qüvvədə qalacaq.



Müəllif: Ayna.az      12 Oktyabr 2019 14:57
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin