Daha bir cüdoçumuz dünya çempionatında qızıl medal qazandı

Daha bir cüdoçumuz dünya çempionatında qızıl medal qazandı

Məmməd Məmmədov M-1 kateqoriyası üzrə bütün rəqiblərinə qalib gəlib 

 

Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.

 

AYNA-nın məlumatına görə, yarışın ikinci günü Azərbaycan millisi üçün uğurlu olub.

 

Belə ki, Məmməd Məmmədov M-1 kateqoriyası üzrə bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı Almaniya, İrlandiya və Fransanın iki cüdoçusuna qalib gəldikdən sonra finalda Tacikistan təmsilçisi Mustafa Həsənovu məğlub edərək mundialın ən güclüsü adına layiq görülüb.

 

Qeyd edək ki, daha öncə Fərhad Rəcəbli (90 kq) usta cüdoçular arasında doqquzuncu çempionluğunu qazanıb.

 

Müəllif: Ayna.az      12 Oktyabr 2019 10:05
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin