Daha bir qadın keçmiş əri tərəfindən öldürüldü

Daha bir qadın keçmiş əri tərəfindən öldürüldü

Faktla bağlı cinayət işi açılıb

 

Beyləqanda ər arvadını bıçaqlayaraq öldürüb.

 

AYNA APA-ya istinadən xəbər verir ki, bu gün günorta saatlarında Beyləqan rayon sakini Namiq İsmayılov Beyləqan Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə gedərək həmin müəssisədə çalışan keçmiş həyat yoldaşı, 1994-cü il təvəllüdlü Beyləqan şəhər sakini Könül Bəhmən qızı Bəhrəmlini bıçaqlayıb.

 

Hadisə şahidlərinin verdiyi məlumata görə, iş yerinə gələn N.İsmayılov söhbət etmək üçün K.Bəhrəmlini müəssisənin həyətinə çağırıb. Bir müddət mübahisə etdikdən sonra K.Bəhrəmlinin iş yoldaşları onları ayırmaq istəyib. Bu vaxt keçmiş ər cibindən çıxardığı bıçaqla qadına bir neçə zərbə endirib.

 

Həkimlər K.Bəhrəmlinin həyatını xilas edə bilməyib.

 

Hadisəni törədən N.İsmayılov qətli keçmiş həyat yoldaşının boşandıqdan sonra qızını ona göstərmədiyi üçün törətdiyini deyib.

 

Faktla bağlı cinayət işi açılıb.

Müəllif: Ayna.az      11 Oktyabr 2019 18:50
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin