Gəncədə qonşu qonşunu gülləyib

Gəncədə qonşu qonşunu gülləyib

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır

 

Gəncə sakini qonşusunu güllələyərək öldürüb. AYNA xəbər verir ki, hadisə şəhərin vaqon deposu deyilən ərazisində qeydə alınıb. 

 

Belə ki, şəhər sakini Akif İsmayılovla 1989-cu il təvəllüdlü Zeynalabdin Kərimov arasında torpaq üstündə mübahisə düşüb. Mübahisədən sonra Akif İsmayılov öz ilə gətirdiyi qoşalülə ilə Z.Kərimova atəş açıb. 

 

Nəticədə ağır güllə yarası alan Z.Kərimov xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Hadisəni törədən A.İsmayılov tutulub.

 

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az      11 Oktyabr 2019 18:01
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin