Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda jurnalistin başına iş gəlib: “Əl izləri götürüldü və izahat verdim”

Azərbaycanda jurnalistin başına iş gəlib: “Əl izləri götürüldü və izahat verdim”

İlham Məmmədzadə: “Bilmirəm, bilərəkdən ziyan vurmaq üçün ediblər, yoxsa da oğurluq məqsədi ilə”

 

Tanınmış jurnalist və PR mütəxəssisi İlham Məmmədzadənin avtomobili qarət edilib. Bu barədə AYNA-ya zərərçəkən özü məlumat verib.

 

Onun sözlərinə görə, hadisə dünən gecə 01:25 radələrində Sumqayıt şəhərində yaşadığı binanın qarşısında baş verib: “Həyətdə saxladığım maşının şüşələrini qırıblar. Bu zaman avtomobilimin siqnalizasiya sistemi işə düşdü. Həmin vaxt oyaq olduğum üçün məhləyə çıxdım. Gördüm ki, mənim “Mercedes” markalı 99 CM 808 nömrəli avtomobilimin şüşəsini qırıblar”.

İ.Məmmədzadə vəziyyəti görər-görməz 102 xidmətinə müraciət edib: “Polis çağırdım. 1saat 10 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəldilər. Yerində ekspertiza təyin olunmasını tələb elədim. Əl izləri götürüldü. Polis idarəsinə çağrıldım. Orada izahat yazdım”.

Müəllif: Ayna.az      26 İyun 2019 11:59
Hadisə bölməsinə aid digər xəbərlər
26 Oktyabr
23:12
“Döyüş bölgəsindən görüntüləri jurnalistlər yaymır, hərbçilər yayır”
26 Oktyabr
21:07
Keşikçidağ ətrafında yeni təxribat cəhdləri – Amma Bakı təmkinlidir
26 Oktyabr
19:17
İlham Əliyev kimlərə hansı mesajları verdi və ya ilk dəfə dilə gətirilən fakt
26 Oktyabr
15:14
“Rusiyanın Qarabağ jestinə Türkiyə digər bölgələrdə qarşılıq verə bilər”
26 Oktyabr
13:50
İlham Əliyev: “Atəşkəsi istəyən tərəf niyə Ermənistana silah göndərir?”
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin