Sürücülərin nəzərinə

Sürücülərin nəzərinə

Məhdudiyyət 3-4 gün qüvvədə olacaq

 

Oktyabrın 13-dən 14-nə keçən gecədən Bakının Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

 

AYNA Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir ki, məhdudiyyət aparılacaq təmir işləri ilə əlaqədar tətbiq olunacaq və 3-4 gün qüvvədə olacaq.

 

Sürücülərdən bu müddət ərzində öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

 

AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir. 

Müəllif: Ayna.az      11 Oktyabr 2019 13:00
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin