İki rayonun sakinləri qazsız qalacaq

İki rayonun sakinləri qazsız qalacaq

Bir qrup abonentin qaz təminatında fasilə yaranacaq

 

Oktyabrın 11-də səhər saat 10:00-dan etibarən işlər başa çatanadək Xətai rayonu, H.Aslanov, NZS qəsəbələri, K.Kərimov, D.Səfərov və M.Davud küçələrində bir qrup abonentin qaz təminatında fasilə yaranacaq.

 

AYNA-ya bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib.

 

Məlumatda bildirilir ki, bu zaman rayonun Ş.Məmmədov küçəsində orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi, M.Rüstəmov küçəsi 2 ünvanında quraşdırma işləri icra olunacaq.

 

Bundan başqa saat 10:00-dan 18:00-dək “Kür qəsəbəsi” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətti üzərində aparılacaq quraşdırma işlərinə görə Şəmkir rayonunun bir neçə yaşayış məntəqəsində də qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Müəllif: Ayna.az      11 Oktyabr 2019 11:56
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin