Keçmiş futbolçu Türkiyənin Suriyadakı əməliyyatını pislədi

Keçmiş futbolçu Türkiyənin Suriyadakı əməliyyatını pislədi

 Kladio Markisio Türkiyənin Suriyanın şimalında başladığı əməliyyatları pisləyib

 

Bir həftə əvvəl futbolçu karyerasına son qoyan "Yuventus"un keçmiş futbolçusu Kladio Markisio Türkiyənin Suriyanın şimalında terrorizmə qarşı başlatdığı "Sülh Bulağı" hərəkatı ilə bağlı paylaşım edib.

 

AYNA xəbər verir ki, keçmiş futbolçu "Bu gün, bundan düz 77 il sonra Türkiyə Suriyadakı kürdləri bombalamağa başladı. Bu, bütün dünya üçün böyük xəcalətdir. Ordakı hər qurbana görə özümüzü günahkar hiss etməliyik", - deyə Türkiyəni ittiham edib.

 

Hal-hazırda "Yuventus"da forma geyən Türkiyəli futbolçu Melih Demiral isə Markisioya sözügedən əməliyyatın səbəblərini açıqlayıb: "Türkiyə ilə Suriya sərhəddində böyük terror qruplaşmaları var. PKK və YPG qadın, uşaq, cavan və qocalar da daxil olmaqla 40 mindən çox insanın ölümündə günahkardırlar. Türkiyənin missiyası da sərhəddimizdə terror bəndi yaradılmasına mane olmaq və 2 milyon suriyalını etibarlı ərazilərə yerləşdirməkdir".

Müəllif: Ayna.az      11 Oktyabr 2019 00:56
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin