Əsas səhifə Haqqımızda Xəbər lenti

Sabiq nazir xəstəxanaya yerləşdirilib

Sabiq nazir xəstəxanaya yerləşdirilib

Fazil Məmmədov hazırda həkim nəzarətindədir

 

İyunun 25-də keçmiş Vergilər naziri Fazil Məmmədovun səhhəti pisləşib. AYNA xəbər verir ki, o, Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib.

 

Son məlumata görə, Fazil Məmmədov hazırda həkim nəzarətindədir. Onun əməliyyat olunma ehtimalı var.

 

Qeyd edək ki, Fazil Məmmədov 2000-ci ildə Azərbaycan Respublikasının 1-ci vergilər naziri təyin olunub. O, 17 il bu vəzifədə çalışıb. Son vaxtlar keçmiş nazirin səhhətində problemlər yaranır. Onun qara ciyərində problem var. Həmçinin Fazil Məmmədov qan təzyiqinin yüksəlməsindən də əziyyət çəkir.

26 İyun 2019 11:13
bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin