"Barış Pınarı" əməliyyatına görə jurnalist həbs olundu - FOTO

"Barış Pınarı" əməliyyatına görə jurnalist həbs olundu -    FOTO

“Birgün” qəzetinin sosial media meneceri tutulub

 

Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Barış Pınarı” əməliyyatı ilə bağlı “Birgün” qəzetinin sosial media hesablarında edilən paylaşımlara görə qəzetin sosial media meneceri saxlanılıb.

 

AYNA Türk mediasına istinadən xəbər verir ki, qəzetin  sosial media meneceri Hakan Dəmir ''xalqda nifrət və düşmənçilik hissi oyandırmaq'' ittihamı ilə nəzarətə alınıb.

 

Hakan Demir haqqında İstanbul Respublika Prokurorluğu tərəfindən həbs qərarı çıxarılıb. Bundan sonra o, polisə aparılıb.

Birgün gazetesinin internet sorumlusu gözaltına alındı

Müəllif: Ayna.az      10 Oktyabr 2019 12:03
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin