Goranboyda qandonduran olay - Qadını ata bağlayıb sürüdülər

Goranboyda qandonduran olay -       Qadını ata bağlayıb sürüdülər

Hadisə ilə bağlı araşdırmalara başlanılıb

 

Goranboy rayonunda 35 yaşlı qadını ata bağlayaraq sürüyüblər. AYNA xəbər verir ki, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb. 

 

Belə ki, rayon sakini, 1984-cü il təvəllüdlü Sahilə Ələkbərova bir neçə gün əvvəl itmiş atlarının qonşusunun həyətində olduğunu görərək onlara gedib. S.Ələkbərova qonşusundan atlarını geri qaytarmağı tələb edib. Bu zaman iki qonşu qadınla aralarında mübahisə yaranıb. Qonşu qadın oğlu və qızı ilə birlikdə S.Ələkbərovanı döydükdən sonra qadını həmin ata bağlayaraq sürüyüblər. 

 

Ağır bədən xəsarətləri alan qadın ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. 

 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırmalara başlanılıb. (Report)

Müəllif: Ayna.az      10 Oktyabr 2019 11:19
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin