“İyirmi ilə yaxındır Almaniyada sənədsiz yaşayıram və çox əziyyət çəkirəm"

“İyirmi ilə yaxındır Almaniyada sənədsiz yaşayıram və çox əziyyət çəkirəm"

“Konsullar bu vəziyyətdə olan şəxslərin şəxsiyyətini müəyyənləşdirilməli, onlara şəxsiyyətlərini təsdiq edən müvəqqəti fotoşəkilli sənəd verməlidir"

 

Xaricdə yaşayan soydaşlarımızın üzləşdikləri problemlərlə bağlı ara-sıra məlumatlar veririk.

 

AYNA xəbər verir ki, Almaniyada yaşayan azərbaycanlı hüquqşünas, “Legat” inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev hər gün xaricdə yaşayan soydaşlarımızın problemləri haqqında çox sayda müraciətlər aldıqlarını bildirir.  

 

Ə.Əliyev qeyd edir ki, onlar arasında müxtəlif ölkələrdə sənədsiz yaşayanların vəziyyəti daha dözülməzdir: “Bizə alman dilində daxil olmuş müraciətlərdən birinin məzmunu belədir: "Salam mən A-yam. Vəziyyətim çox acınacaqlıdır. Belə ki, 10 yaşım olanda anam mənim şəklimi öz pasportuna yapışdırtmaqla Almaniyaya gətirib. 2003-cü ildə anam ağır xəstələndi, hazırda gəzə bilmir. Vəziyyəti pisləşdiyinə görə, 2015-ci ildə Azərbaycana qayıtdı. Mən 19 ilə yaxındır ki, Almaniyadayam. Bu vaxta kimi şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmamışam. Alman höküməti müvəqqəti yaşamaq hüququ vermək ücün məndən Azərbaycan pasportu istəyir. Bunun üçün mən Azərbaycan Respublikasının Berlindəki səfirliyinə müraciət etdim. Səfirlikdən mənə bildirdilər ki, passport almaq üçün Bakıya getməliyəm, hərbi qeydiyyata düşməliyəm. Hərbi qeydiyyatdan sonra isə əvvəl şəxsiyyət vəsiqəsi, sonra isə passport almalıyam. Azərbaycanda heç vaxt yaşayış yeri üzrə qeydiyyatda olmamışam. Almaniyada orta təhsil, daha sonra texniki təhsil aldım. Pasportum olmadığı üçün Unversitetə daxil ola bilmədim. Almaniyada sevdiyim bir xanimla evlənmişəm. Evliliyimizdən 4 övladım doğulub. Sənədim olmadığı üçün normal işləməklə uşaqlarıma lazımi yardım edə bilmirəm. Mən Azərbaycan pasportunu və ya Azərbaycan vətəndaşı olmamağım haqqında arayışı kimdən və necə ala bilərəm? Xahiş edirəm, mənə kömək edəsiniz. 20 ilə yaxındır ki, Almaniyada sənədsiz yaşayıram və çox əziyyət çəkirəm"”.

Картинки по запросу Əlövsət Əliyev

Hüquqşünas vurğulayır ki, bu vəziyyətdə olan minlərlə həmvətənimiz xaricdə yaşayır: “Konsullar bu vəziyyətdə olan şəxslərin şəxsiyyətini müəyyənləşdirilməli, onlara şəxsiyyətlərini təsdiq edən müvəqqəti fotoşəkilli sənəd verməlidir. Lakin konsullar vətəndaşlara, hətta bu hüquqlarının olmasını da izah etmir və belə sənədin verilməsindən imtina edir. Azərbaycanla siyasi və hüquqi bağlılığını itirən şəxslərə və qayıtmaq imkanı olmayan şəxslərə birmənalı olaraq Azərbaycana qayıtmaq tövsiyə olunur. 29 illik həyatının cəmi 5 və ya 9 ilini (uşaqlıq illəri nəzərdə tutulur) Azərbaycanda yaşayan belə insanlar isə bundan imtina edirlər, Azərbaycana qayıtmaq istəmir və ya buna imkanları olmadığını bildirirlər”.

 

Ə.Əliyevin dediyinə görə, “Legat” inteqrasiya mərkəzi hazırda belə şəxslərin problemlərinin həlli üçün məlumat toplayır.

Müəllif: Ayna.az      9 Oktyabr 2019 15:00
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin