Daha bir qadını əri öldürdü

Daha bir qadını əri öldürdü

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır

 

Abşeron rayonunda arvadını döyərək öldürən şəxs tutulub.

 

AYNA "Report"a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu Masazır qəsəbəsi, "Qurtuluş 93" bina 51 ünvanında qeydə alınıb.

 

Belə ki, Aynurə Abdullayeva ailə münaqişəsi zəmnində əri Yaqub Qurbanov tərəfindən döyülüb. Baş və bədəninin müxtəlif nahiyələrindən ağır xəsarətlər alan qadın qonşuların köməkliyi ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb. Qadın aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.  

 

Y.Qurbanov polis əməkdaşları tətəfində saxlanılaraq istintaqa cəlb edilib. 

 

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az      9 Oktyabr 2019 14:40
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin