Paşinyan 3 saatlıq məxfi görüş keçirib

Paşinyan 3 saatlıq məxfi görüş keçirib

Bu barədə Ermənistanın “Johovurd” qəzetində məlumat verilib


Ermənistanın baş naziri N.Paşinyan “Mənim addımım” fraksiyası ilə üç saatlıq qapalı görüş keçirib. 


AYNA xəbər verir ki, bu barədə Ermənistanın “Johovurd” qəzetində məlumat verilib.  


Bildirilib ki, iclasda Amulsar mədənləri, Ermənistan polisindəki struktur dəyişiklikləri, sonuncu Aİ sammiti, daxili siyasi məsələlər və Konstitusiya Məhkəməsinin gələcək sədri haqqında danışılması rəsmi olaraq elan edilsə də, nəşr bu məxfi iclasın bəzi  gizli təfərrüatları barədə də məlumat əldə edib.


"Əvvəla, qeyd edək ki, baş nazirə sual vermək üçün qeydiyyatdan keçənlərin sayı çox olub. Buna görə əvvəlcədən planlaşdırılan iki saatlıq görüş 3 saatdan çox davam edib. Paşinyan deyib ki, Amulsarla bağlı yaxın gələcəkdə proseslər başlayacaq və deputatlar problemi dərindən öyrənməli, birləşməli və ortaq mövqe bildirməlidirlər.  Polis strukturu tamamilə dəyişdirilməli, ayrıca şəhər polisi yaradılmalıdır. Yəni məsuliyyət bölüşülməlidir ki, bütün güc bir  polis rəisinin əlində cəmləşməsin. Bu məsələ ilə əlaqədar dövlət hüquqi məsələlər komissiyasına Ədliyyə Nazirliyi ilə sıx əməkdaşlıq etmək tapşırılıb. Hrayr Tovmasyanın tezliklə Konstitusiya Məhkəməsinin sədri vəzifəsindən istefa edəcəyi ilə bağlı fikirlər də səslənib...", - deyə erməni qəzetində yazılıb. (Moderator.az)

Müəllif: Ayna.az      9 Oktyabr 2019 12:27
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin