Yeni seçki məntəqələri yaradılır

Yeni seçki məntəqələri yaradılır

Azərbaycanda yeni seçki məntəqələri yaradılır

AYNA bildirir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında məlumat verilib.

Məzahir Pənahovun sədrliyi ilə keçən iclasda komissiyanın qərarı ilə seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla, 14 saylı Xəzər və 28 saylı Sabunçu üçüncü seçki dairələrinin dislokasiyaları daxilində qanunvericiliyin tələblərinə uyğun olaraq əlavə seçki məntəqələrinin yaradılması müvafiq dairə seçki komissiyalarına həvalə edilib.

Komissiyanın iclasında 122 saylı Xankəndi seçki dairəsi dairə seçki komissiyasının tərkibində də dəyişiklik edilib və cari məsələlərə baxılıb.

Müəllif: Ayna.az      8 Oktyabr 2019 23:15
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin