Yaponiyada 130-a yaxın insan ölüb

Yaponiyada 130-a yaxın insan ölüb

Şiddətli isti havanın qurbanı olan 71 452 nəfər qeydə alınıb

 

Yaponiyada 70 mindən çox insan istilik vurması simptomları ilə xəstəxanaya yerləşdirilib. Onlardan 126-sı ölüb.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xilasetmə və təcili yardım xidmətləri idarəsi məlumat yayıb.

 

Məlumatda deyilir ki, bu ilin may-oktyabr ayları ərzində şiddətli isti havanın qurbanı olan 71 452 nəfər qeydə alınıb. Sinoptiklər ötən il də isti hava şəraitinin yüksək olmasının qlobal istiləşmə ilə əlaqəli olduğunu bəyan edirlər.

 

Qeyd edək ki, ötən ilin eyni vaxtı istidən zərər görən insanların sayı 95 min nəfər olub.

Müəllif: Ayna.az      8 Oktyabr 2019 19:50
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin