Xəzərdə balıqçılar itkin düşüb

Xəzərdə balıqçılar itkin düşüb

Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub

 

Xəzərin Azərbaycan sektorunda 4 balıqçı itkin düşüb. AYNA bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına istinadən xəbər verir. 

 

FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, oktyabrın 8-də gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıblar.

 

Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

 

Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az      8 Oktyabr 2019 17:33
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin