Əsas səhifə Haqqımızda Xəbər lenti

İsrailli deputat: “Türkiyənin hücumlarına məruz qalan kürd xalqı üçün dua edirik"

İsrailli deputat: “Türkiyənin hücumlarına məruz qalan kürd xalqı üçün dua edirik"

Müxalif partiyalardan bəziləri terrorçulara dəstək verən açıqlamlar yayıb

 

Türkiyənin Suriyada baş tutacaq əməlliyyat planından sonra bir sıra İsrail siyasətçiləri PKK və YPG terror təşkilatlarına dəstək nümayiş etdirib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, İsrailin Baş Naziri Benyamin Netanyahu və ABŞ rəsmiləri məsələyə münasibət bildirməmişdən əvvəl, müxalif partiyalardan bəziləri terrorçulara dəstək verən açıqlamlar verib.

 

İsrailin eks Təhsil naziri və millət vəkili Naftali Bennet isə bununla bağlı “Twitter” hesabında məlumat yayıb: “İsrail xalqı olaraq Türkiyənin hücumlarına məruz qalan kürd xalqı üçün dua edirik. İsrail hər zaman özünü qoruyacaq. Yəhudi dövləti öz taleyini heç vaxt başqalarına, o cümlədən böyük dostumuz ABŞ-a həvalə etməyəcək”.

Müəllif: Ayna.az      8 Oktyabr 2019 12:27
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin