Şimal rayonunda partlayış baş verib, ağır yaralılar var

Şimal rayonunda partlayış baş verib, ağır yaralılar var

Hazırda hadisə ilə bağlı araşdırma aparılır

 

Qax rayonunda partlayış olub, yaralananlar var. 

 

AYNA xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Belə ki, Qax Kommunal Müəssisələri Kombinatının işçiləri şəhər ərazisində torpaq yayan zaman naməlum səbəbdən partlayış baş verib.

 

Partlayış nəticəsində 5 nəfər rayon sakininin xəsarət aldığı bildirilir.

 

Xəsarət alanlar - Nuruşvili Tamazi, Zeynalaşvili Cemali, Daroşvili Sardion, Nuroşvili Dato və Papiaşvili Beka Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.  Onlardan ikisinin vəziyyətinin ağır olduğu qeyd olunur.  

 

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      8 Oktyabr 2019 12:04
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin