İdmançılarımız Avropa çempionatına yola düşür

İdmançılarımız Avropa çempionatına yola düşür

Çempionatda Azərbaycanı 11 idmançı təmsil edəcək

 

Oktyabrın 11-dən 15-dək Niderlandın Haaqa şəhərində pencak-silat döyüş növü üzrə açıq Avropa çempionatı keçiriləcək.

 

AYNA xəbər verir ki, çempionatda Azərbaycanı 11 idmançı təmsil edəcək.

 

Böyüklərin mübarizəsində Abdulla Abdullazadə, Avropa çempionu Elxan Cəfərov, qitə birinciliyinin qalibi və dünya çempionatının gümüş medalçısı Rəsul Hümbətli, dünya kubokunun gümüş mükafatçısı Bəxtiyar Həmidov, Avropa çempionu Seymur Xəlilov, Rumiyə Vəliyeva və Lalə Mikayılova medallar uğrunda yarışacaqlar.

 

Gənclərin yarışında isə Xalid Əfəndiyev, Rəvan Abdullazadə, Cavidan Abdullazadə və üçqat Azərbaycan çempionu Fidan Əlizadə birincilik uğrunda mübarizə aparacaqlar. Milli komandamız yarışda baş məşqçi Abbas Hümbətovun rəhbərliyi altında mübarizə aparacaq.

Müəllif: Ayna.az      7 Oktyabr 2019 16:52
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin