Xalq artisti Ofelya Sənani xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır

Xalq artisti Ofelya Sənani xəstəxanaya yerləşdirildi -     Vəziyyəti ağırdır

Ofelya Sənani xəstəxanaya yerləşdirilib

 

Azərbaycanın Xalq artisti Ofelya Sənani infarkt keçirib. AYNA "Report"a istinadən xəbər verir ki, o, ürəyin ön və arxa divarının infarktı diaqnozu ilə Klniki Tibbi Mərkəzə yerləşdirilib. 

 

O.Sənani hazırda xəstəxananın Reanimasiya şöbəsində müalicə alır. 

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Xalq artistinin vəziyyəti ağır qiymətləndirilir.

 

O.Sənani 1941-ci ildə Bakı şəhərində anadan olub. 1959-1975-ci illərdə radioda işləyib, bir sıra radio tamaşalarında baş rollarda çıxış edib. 1975-ci ildən televiziyada fəaliyyət göstərib. 1960-1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin baş qəhrəmanlarını səsləndirib. O, kinofilmlərdə də çəkilib ("Dağlarda döyüş", "Ulduzlar sönmür" bədii filmləri, "Bakı bulvarı", "Mücrü" və s. televiziya filmləri).

 

Müəllif: Ayna.az      5 Oktyabr 2019 11:35
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin