Türkiyənin Muğla bölgəsində 4,1 bal gücündə zəlzələ olub
AYNA Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu barədə yerli Seysmoloji Mərkəzin məlumatında bildirilib.
Qeyd edilib ki, təkanlar yerli vaxtla saat 23:20-də qeydə alınıb.
Zəlzələnin episentri bölgənin Datça rayonundan 66 kilometr məsafədə olub. Yeraltı təkanların episentri təxminən 12 kilometr dərinlikdə müəyyən edilib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib..
Ən son xəbərləri səhifəmizdən də izləyin