Əsas səhifə Haqqımızda Xəbər lenti

Tramp daxili problemlərin həllində xarici dəstək axtarır

Tramp daxili problemlərin həllində xarici dəstək axtarır

“Mənim Prezident kimi borcum ölkəmdə korrupsiyaya son qoymaqdır”

 

ABŞ Prezidenti Donald Tramp maraqlı etiraf edib. AYNA xəbər verir ki, o, “Twitter” səhifəsində, rəhbəri olduğu ölkədəki problemin öhdəsindən gələ bilmədiyini yazıb.

 

“Mənim Prezident kimi borcum ölkəmdə korrupsiyaya son qoymaqdır. Əgər bunun üçün xarici dövlətlərdən dəstək almalı olsam belə, bunu edəcəm”, - Ağ Ev rəhbəri bildirib.

 

Trampın sözlərinə görə, bu bəyənatın hansısa siyasi məqsəd, yaxud keçmiş vitse-prezident Co Baydenin siyasi kampaniyası ilə əlaqəsi yoxdur: “Bu, sadəcə korrupsiyanın özü ilə bağlıdır”.

 

Halbuki bu bəyatından əvvəl Tramp Co Bayden və onun oğlu Hanter Bayden (Ukraynanın “Burisma” şirkətində işləyirdi) haqqında jurnalistlərə fərqli açıqlama vermişdi. O bildirmişdi ki, Çin hökuməti həmin ata-oğul haqqında təhqiqat aparmalı, onların Ukrayna və Çindən aldıqları milyonların mənbəyi araşdırılmalıdır.

 

Xatırladaq ki, az əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Prezident Donald Trampın impiçment prosedurunun başladıldığını elan ertmişdi. Nensi Pelosinin fikrincə, Trampın hərəkətləri “prezidentlik vəzifəsinə, milli təhlükəsizliyə və seçkilərin bütövlüyünə” xəyanətdir.

Müəllif: Ayna.az      4 Oktyabr 2019 20:04
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin