Şimal gömrüyündən xəbər var

Şimal gömrüyündən xəbər var

Papiros və siqaretləri avtomobildə gizlədibmiş

 

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Volkswagen Passat" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsində sağ və sol ayaq yerlərinin içərisindən gömrük nəzarətindən gizlədilmiş 1675 ədəd "Belomorkanal" markalı papiros və 13960 ədəd "Heets" markalı siqaret aşkarlanıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      4 Oktyabr 2019 15:49
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin