Bakıda gəlin evi qarət edib

Bakıda gəlin evi qarət edib

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb

 

Bakıda gəlin evdən 6000 manatlıq qızıl-zinət əşyaları oğurlayıb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini G.Novruzova oktyabrın 2-də evindən naməlum şəraitdə 6000 manat dəyərində qızıl-zinət əşyaların oğurlandığını bildirib.

 

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və ev sahibinin oğurluğu törətməkdə şübhəli bilinən gəlini saxlanılıb.

Müəllif: Ayna.az      4 Oktyabr 2019 14:18
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin