Gecə Binəqədidə təhlükəli hadisə baş verib

Gecə Binəqədidə təhlükəli hadisə baş verib

Qəza nəticəsində qaz xətti qırılıb və 2 qaz sayğacı yararsız hala düşüb

 

Paytaxtın Binəqədi rayonunda avtomobil qaz xəttinə çırpılaraq, xətti qırıb. Nəticədə abonentlərin qaz təchizatı dayandırılıb. Bu barədə AYNA-ya “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

 

Məlumata görə, dünən gecə saatlarında “Azəriqaz”ın 104 Operativ Xidmətinə Binəqədi rayonu Binəqədi qəsəbəsi, 3-cü mədən “Korpus 124” ünvanında avtomobillə qaz xəttinin zədələnməsi barədə məlumat daxil olub. Hadisə yerinə baxış keçirən Birliyin əməkdaşları, qəza nəticəsində qaz xəttinin qırıldığı və 2 qaz sayğacının yararsız hala düşdüyünü aşkarlayıblar.

 

Xəttin qırılması nəticəsində həmin ünvanda 40 abonentin qaz təchizatı dayandırılıb. Bu gün səhər saatlarından kəmərin bərpası istiqamətində işlər aparılır.

Müəllif: Ayna.az      4 Oktyabr 2019 10:54
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin