Əsas səhifə Haqqımızda Xəbər lenti

Rusiya 5 yeni adaya sahib oldu

Rusiya 5 yeni adaya sahib oldu

Buzlaqların əriməsi yeni adaların ortaya çıxmasına səbəb olub

 

Arktik okeanın Barents dənizindəki buzlaqların əriməsi nəticəsində dənizdə 5 yeni ada aşkarlanıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Müdafiə nazirliyi və mütəxəssilər Arktik okeanın Rusiyaya düşən hissəsində apardıqları araşdırmalardan sonra bu qərara gəliblər. 

 

Adalara 44 gün ərzində ekspedisiya təşkil edən komanda, həm okeanın dərinliyini ölçüb, həm də bölgədəki arxipelaqların sayı ilə bağlı araşdırmalar aparıb. 

 

Aparılan araşdırmalar nəticəsində, 191 adanın yer aldığı dənizdə daha 5 adanın olduğu müəyyən edilib. 

 

Rusiya Müdafiə nazirliyi araşdırmalardan sonra verdiyi açıqlamada kəşf olunan adaların buzlaqların əriməsi ilə bağlı olduğunu söyləyib.

 

Müəllif: Ayna.az      3 Oktyabr 2019 23:23
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin