Qarabağ kanalında adam boğulub

Qarabağ kanalında adam boğulub

Hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə, Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində boğulma hadisəsi barədə məlumat daxil olub.

 

FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, həmin yerdə, 1967-ci il təvəllüdlü Mirzəliyev Rizvan Nəriman oğlu boğulub. Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu R.N.Mirzəliyevin meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.​

Müəllif: Ayna.az      3 Oktyabr 2019 14:52
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin