Əsas səhifə Haqqımızda Xəbər lenti

Tramp Ukraynaya hərbi yardımın bərpa olunmasının səbəbini açıqladı

Tramp Ukraynaya hərbi yardımın bərpa olunmasının səbəbini açıqladı

Donald Tramp Ukraynaya vəsait ayırmaq istəmədiyini deyib

ABŞ Prezidenti Donald Tramp Ukraynaya hərbi yardımın bərpa olunmasının səbəbini açıqlayıb.

AYNA “Report”a istinadən xəbər verir ki, Tramp konqresmen Rob Portmanın xahişindən sonra bu addımı atdığını bildirib.

ABŞ lideri, həmçinin Avropaya Kiyevə yardımın artırılması ilə bağlı çağırış da edib. Onun fikrincə, ABŞ Ukraynaya pul xərcləyən yeganə dövlətdir.

O, Prezident Vladimir Zelenskinin Ukrayna prezidenti olmamışdan öncə ölkənin "dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri" hesab edildiyini, buna görə Ukraynaya vəsait ayırmaq istəmədiyini qeyd edib.

D. Tramp Ukraynanı Rusiya ilə Avropa arasındakı "gözəl bir divar" adlandırıb.

Qeyd edək ki, ABŞ Ukraynaya 250 milyon dollar həcmində hərbi yardım ayırıb. 

Müəllif: Ayna.az      3 Oktyabr 2019 05:32
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin